Bank Of Baku

Bakıda Azərbaycan və Aİ arasında növbəti təhlükəsizlik dialoqu keçirilib - FOTO

Bakıda Azərbaycan və Aİ arasında növbəti təhlükəsizlik dialoqu keçirilib - FOTO
# 17 mart 2022 18:25 (UTC +04:00)

Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik dialoqunun üçüncü raundu keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" səhifəsində paylaşım edib.

“Mən Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Enrike Moraya regional məsələlər, enerji/kiber təhlükəsizlik, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və s. mövzulara dair məhsuldar fikir mübadiləsinə görə minnətdaram”, - Hikmət Hacıyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR