Bank Of Baku

Bakıda Azərbaycan və İsveç arasında siyasi məsləhətləşmələr keçirilib

Bakıda Azərbaycan və İsveç arasında siyasi məsləhətləşmələr keçirilib
# 29 yanvar 2026 09:27 (UTC +04:00)

Bakıda Azərbaycan və İsveç arasında siyasi məsləhətləşmələr keçirilib.

APA xəbər verir ki, bu barədə İsveç səfirliyindən bildirilib.

Məlumata görə, bu həftə İsveç Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin rəhbəri Tobias Tyhberg öz həmkarı Məmməd Talıbov, eləcə də xarici işlər nazirinin müavini Fariz Rzayev, Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ilə səmərəli görüşlər keçirib.

Qeyd edilib ki, müzakirələr ikitərəfli məsələləri, Ermənistanla sülh və normallaşma prosesini, həmçinin qarşılıqlı maraq doğuran digər regional inkişaf məsələləri əhatə edib.

“Səfər çərçivəsində Thyberg, həmçinin beyin mərkəzlərinin, vətəndaş cəmiyyətinin və Azərbaycanda fəaliyyət göstərən İsveç şirkətlərinin nümayəndələri ilə də faydalı fikir mübadiləsi aparıb”, - məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR