Bank Of Baku

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd edilib - FOTO

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd edilib - FOTO
# 23 sentyabr 2026 19:44 (UTC +04:00)

Bu gün Bakıda Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Səudiyyə Ərəbistanı Krallığının 96-cı Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib.

APA xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri. iş adamları, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan və Səudiyyə Ərəbistanının dövlət himnləri səsləndirilib.

Daha sonra çıxış edən Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli krallığın yaranmasından və onun 96 il ərzində keçdiyi yoldan danışıb.

"Səudiyyə Ərəbistanı Krallığı qlobal miqyasda mühüm və nüfuzlu dövlətdir. O, G20 (Böyük İyirmilik) qrupunun üzvü, qlobal enerji bazarlarında təsirli gücdür, həmçinin qlobal iqtisadi sabitliyin dəstəklənməsində və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində öz liderliyini davam etdirir", - səfir deyib.

Ölkələr arasında əlaqələrdən danışan səfir bildirib ki, bu dost əlaqələri ildən-ilə daha da inkişaf edir, möhkəmlənir, hər iki ölkəyə sərmayələr yatırılır.

Tədbirdə çıxış edən Baş nazirin müavini Samir Şərifov isə bildirib ki, Azərbaycan Səudiyyə Ərəbistanı ilə münasibətlərə xüsusi önəm verir və ölkələr arasında müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf etməkdədir:

"Bu baxımdan, Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri tərəfindən yaradılmış Birgə Əməkdaşlıq Komissiyası ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsində mühüm rol oynayır. Birgə Komissiya dövlət başçıları tərəfindən əməkdaşlığın gələcək inkişafı ilə bağlı verilən tapşırıqların həyata keçirilməsini təmin edən səmərəli mexanizmlərdən biridir".

Samir Şərifov hazırda Komissiyanın növbəti iclasına hazırlıq aparıldığını, Azərbaycan tərəfinin ev sahibliyi edəcəyi 9-cu iclasın bu ilin sonunda baş tutacağını və əməkdaşlığa keyfiyyətcə yeni məzmun qazandıracağını qeyd edib.

"Həmçinin xüsusi vurğulamaq istərdim ki, Azərbaycan dövlətinin qəbul etdiyi qərara əsasən, 2026-cı ilin fevralından etibarən Səudiyyə Ərəbistanının adi pasportlarına malik vətəndaşları ilkin olaraq bir il müddətinə Azərbaycana vizasız səfər edə bilərlər. Qarşılıqlı səfərlərin asanlaşdırılmasına yönəlmiş daha geniş praktiki tədbirləri həyata keçirməyə hazırıq", - o bildirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR