Bank Of Baku

Baş katib: “GUAM ölkələrindəki münaqişələr regional və beynəlxalq sülhə təhdiddir”

Baş katib: “GUAM ölkələrindəki münaqişələr regional və beynəlxalq sülhə təhdiddir”
# 26 oktyabr 2019 19:44 (UTC +04:00)

“GUAM ölkələrindəki münaqişələr regional və beynəlxalq stabilliyə və sülhə təhdiddir”.

APA-nın xəbərinə görə, bunu GUAM Baş katibi Altay Əfəndiyev Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşündə debat müzakirələrində deyib.

Baş katib bildirib ki dünyanın müxtəlif nöqtələrində münaqişə və gərginliklərin artmasına  beynəlxalq hüququn kobud şəkildə pozulmasına, sülh şəraitində yaşayış üçün vacib olan prinsiplərə laqeydlik halları müşahidə olunur: “Təəssüf ki, hazırkı beynəlxalq münasibətlər bu problemlərə adekvat cavab verə bilmir”.

A. Əfəndiyev GUAM-a üzv olan ölkələrin hərbi münaqişələrdən əziyyət çəkdiyini deyib və əlavə edib ki Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan hərbi münaqişələr Avropa üçün təhlükəli və uzun müddətdir, davam edən münaqişələrdir. “Üzv ölkələrimizin suverenliyi və ərazi bütövlüyü şəkildə pozulub. Bu münaqişələr davamlı inkişafı sabitliyi və stabilliyi ciddi təhdid altında qoyur”.

GUAM Baş katibi qeyd edib ki bu münaqişələr regiondakı milyonlarla insanın həyatına təsir edib. İnsanlar öz yaşadıqları yerləri tərk etməyə məcbur ediliblər. “BMT Təhlükəsizlik Şurasında ölkələrin suverenliyi və ərazi bütövlüyü istiqamətində qəbul olunan çoxsaylı qətnamələr, beynəlxalq təşkilatların GUAM ölkələrinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çağırışlar nəticə verməyib. Tam əksinə, biz bu münaqişələrin saxlanılması istiqamətində cəhdlər müşahidə edirik. BMT TŞ-nin qəbul etdiyi qətnamələrin həyata keçirilməsi istiqamətində ikili standartlar müşahidə olunur. Bəzi qətnamələr bir neçə gün içində həyata keçirildiyi halda, bəzi qətnamələrin reallaşdırılması onilliklər alır. Bu da BMT-yə olan güvən və etimada təsir edir”, - deyə Baş katib vurğulayıb.

O bildirib ki, bunun üçün qanunun aliliyi bərpa olunmalı və həmçinin beynəlxalq təşkilatlar qanuni çərçivələrində daha qətiyyətli hərəkət etməlidir: “Münaqişələrin həlli regionda stabilliyə sülhə və davamlı inkişafa imkan verəcəkdir. Davamlı inkişaf olmadan, sülh olmadan davamlı inkişaf ola bilməz”.
    
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR