Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
APA-nın yerli bürosunun xəbərinə görə, nazir bu barədə ‘Twitter’ hesabında paylaşım edib.
“30 il əvvəl erməni quldur dəstələri tərəfindən törədilən Xocalı soyqırımını unutmamışıq, unutmayacağıq və unutdurmayacağıq. Xocalı soyqırımında şəhid olan azərbaycanlı bacı və qardaşlarımızı, o cümlədən qadın və uşaqları rəhmətlə yad edirik. Şəhidlərimizin ruhu şad olsun”, - deyə nazir bildirib.