BMT azad olunmuş ərazilərdə qiymətləndirmə missiyası həyata keçirəcək.
APA-nın xəbərinə görə, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib ki, onlar Azərbaycan hökuməti ilə birlikdə azad olunmuş ərazilərdə qiymətləndirmə aparacaq.
Onun sözlərinə görə, məqsəd bu ərazilərin yenidən bərpası və minalardan təmizlənməsinə dair ən yaxşı planın nədən olduğunu öyrənməkdir.
“Azərbaycana BMT, Dünya Bankı və Avropa İttifaqının 10 eksperti səfər edəcək. Onlar martın 7-dən 17-ə kimi Azərbaycanda olacaq”, - Vladanka Andreeva vurğulayıb.