BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) İcraçı direktoru Maimuna Mohd Şərif Ağdam Şəhidlər xiyabanını ziyarət edib.
APA-nın yerli bürosunun xəbərinə görə, BMT nümayəndəsi və onunla birgə olan şəxslər Ağdam “Cümə” məscidində, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov UN-HABITAT İcraçı direktoruna Ağdamda Azərbaycan hökumətinin şəhərsalma üzrə aparıldığı yenidənqurma işləri ilə bağlı məlumat verib.
***
11.39
BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) İcraçı direktoru Maimuna Mohd Şərifin Ağdam şəhərinə səfəri başlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, o, Ağdam şəhərində Azərbaycan hökumətinin şəhərsalma üzrə aparıldığı yenidənqurma işləri ilə tanış olacaq.
UN-HABITAT icraçı direktorunu Ağdamda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.
Qeyd edək ki, Maimuna Mohd Şərif ölkədə inklüziv, təhlükəsiz, davamlı və dayanıqlı şəhər inkişafını təşviq etmək, habelə təmsil etdiyi BMT agentliyi ilə əlaqələri möhkəmləndirmək üçün Azərbaycana səfər edib.
Onun səfəri ənənəvi idman növlərinin dirçəldilməsinə həsr olunmuş 5-ci Etnosport Forumuna təsadüf edir.