Bank Of Baku

Boliviya XİN başçısı: "Bandunq prinsiplərinin təhlükə altında olduğunu görürük"

Boliviya XİN başçısı: "Bandunq prinsiplərinin təhlükə altında olduğunu görürük"
# 26 oktyabr 2019 14:55 (UTC +04:00)

"Bu gün biz Bandunq prinsiplərinin təhlükə altında olduğunu görürük".

APA-nın xəbərinə görə, bunu sözləri Qoşulmama Hərəkatının XVIII Bakıda keçirilən Zirvə Görüşünün debat müzakirələrində Boliviyanın Xarici İşlər naziri Dieqo Peri Rodrigez deyib. 

Nazir bildirib ki, sənayeləşmiş və inkişafda olan ölkələr arasında bərabərsizlik artır, yoxsulluq və aclıq beynəlxalq ictimaiyyətin əsas gündəliyində yer tutmağa başlayıb.


"Bu gün müəyyən ölkələr tərəfindən birtərəfli siyasi addımların atıldığını görürük. Onlar razılaşmalara hörmət etmir, mövcud beynəlxalq strukturu saxlamağı və ölkələr arasında həmrəyliyi istəmir. Biz beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi çərçivəsində çoxtərəflilik sistemini müdafiə etməliyik. Çoxtərəflilik ölkələr üçün seçim deyil, o zərurətdir. Bu gün Bandunq prinsipləri, xüsusilə də, ölkələrin öz müqəddəratını təyin etmə və daxili işlərə qarışmama prinsiplərinə hörmət edilmir. Faktdır ki, şəffaf, ədalətli inkluziv qlobal idarəçilik olmadan üzləşdiyimiz çətinliklərin öhdəsindən gələ bilmərik. Bunlar iqlim dəyişikliyi, maliyyə böhranları, miqrasiya böhranı, ərzaq böhranı və s-dir”, - deyə o əlavə edib.

Boliviyanın XİN başçısı vurğulayıb ki, ölkəsi Kubaya tətbiq olunan iqtisadi blokadaya qarşıdır. "Kubaya qarşı tətbiq olunan ən uzun müddətli embarqolardır. Bu beynəlxalq hüquqa və BMT-nin prinsiplərinə ziddir. Bu cür embarqoların məqsədi stabilliyi pozmaqdır. Venesuelaya qarşı hər hansı hərbi müdaxiləni rədd edirik. İnanırıq ki, Karib hövzəsi və Latın Amerikası xalqlar arasında sülhün bərqərar olduğu torpaqlardır", - nazir əlavə edib.

O, ölkəsinin Fələstinlə həmrəy olduğunu və Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun olduğunu bəyan edib.

XİN başçısı ölkəsindəki islahatlar, iqtisadi uğurlar, barədə məlumat verib. Əlavə edib ki bu günlərdə Boliviyada keçirilən prezident seçkisinin nəticələrini ölkənin Konstitusiya Məhkəməsi təsdiqləyib: "Morales qalib gəlib və legitim lider seçilib, bu, xalqın qələbəsidir, ölkəmizin qələbəsidir".
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR