Bank Of Baku

Britaniya Baş nazirinin ticarət elçisi: “Geri qaytarılan ərazilərin böyük potensialı var”

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson

© APA | Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson

# 09 mart 2022 13:21 (UTC +04:00)

“Böyük Britaniya Azərbaycanın iqtisadiyyatını şaxələndirmək və bərpa olunan enerjiyə keçidini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson "Twitter"də bildirib.

Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi deyib ki, bu gün Azərbaycan Prezidenti ilə görüşüb.

“Geri qaytarılan ərazilərin böyük potensialı var. Yaxşı ki, Böyük Britaniya şirkətləri artıq bu ərazilərdə yenidənqurma ilə məşğuldur, biz daha çoxunu görməyə ümid edirik”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR