Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Horadizdə, ANAMA-nın təlim mərkəzində olub.
Bu barədə səfir, “Twitter” hesabında paylaşım edib.
“Biz minalar sahəsində ANAMA ilə əməkdaşlığımıza davam edirik. Bu gün Horadizdə ərazilərin minalardan təmizlənməsi üçün həm təlim, həmçinin də texniki dəstək göstərən Britaniya mütəxəssisləri ilə görüşdüm”, -C.Şarp bildirib.