“Biz koronavirus infeksiyasına qarşı mübarizədə daha səmərəli qarşılıqlı fəaliyyətin təmin olunmasını səmimi qəlbdən arzu edirik”.
APA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mayın 10-da Prezident İlham Əliyevlə görüşündə deyib.
Bu günlərdə Azərbaycana “Sputnik V” vaksininin birinci partiyasının gətirildiyini deyən Rusiya XİN başçısı qeyd edib ki, bu ay daha böyük partiyalar gözlənilir: “Bizim müvafiq idarələrimiz Azərbaycanda texnoloji bazanın mövcud olmasını nəzərə alaraq bu vaksinin burada istehsalının nizamlanması barədə konkret söhbət aparırlar”.