Bank Of Baku

Rəsmi Moskva Rusiya-Gürcüstan dialoqunun davam etdiriləcəyini açıqlayıb

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin, Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili

© APA | Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin, Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili

# 20 noyabr 2026 16:16 (UTC +04:00)

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və Gürcüstan Baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi Georgi Zarubişvili arasında danışıqlar formatı davam etdiriləcək.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Mixail Qaluzinin noyabrın 19-də Minskdə Georgi Zarubişvili ilə görüşünün baş tutduğunu xatırladıb.

Zaxarova bu görüşün Rusiya ilə Gürcüstan arasında birbaşa dialoqun bərpa olunması baxımından əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, görüşdə iqtisadi, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığa dair aktual məsələlər barəsində fikir mübadiləsi aparılıb, bir sıra razılaşmalara nail olunub.

Rusiya XİN sözçüsü Qaluzin-Zarubişvili danışıqlar fotmatının davam etdiriləcəyini bəyan edib.

“O ki qaldı iki ölkə arasında diplomatik münasibətlərin bərpası məsələsinə, Gürcüstan tərəfi belə təşəbbüslə müraciət etməyib”, - Zaxarova əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR