Bank Of Baku

Bu gündən Rusiyanın Avropa Şurasında üzvlüyü dayandırılır - FOTO - YENİLƏNİB - VİDEO

Bu gündən Rusiyanın Avropa Şurasında üzvlüyü dayandırılır - FOTO  - YENİLƏNİB  - VİDEO
# 16 mart 2022 17:37 (UTC +04:00)

Xəbərə foto əlavə olunub.

***

16:57

26 illik üzvlükdən sonra bu gündən etibarən Rusiyanın Avropa Şurasında fəaliyyəti dayandırılır.

APA-nın xəbərinə görə, bu barədə Avropa Şurasının Kommunikasiya Departamentinin yaydığı məlumatda bildirilib.

“Avropa Şurasının Nazirlər Komitəsi bu gün səhər keçirilən növbədənkənar iclasında Avropa Şurasının Nizamnaməsinin 8-ci maddəsinə uyğun olaraq başlanmış prosedur kontekstində 26 illik üzvlükdən sonra Rusiya Federasiyasının bu gündən etibarən Avropa Şurasının üzvlüyünü dayandırması barədə qərar qəbul edib”, - qeyd olunub.

Qeyd edək ki, Rusiya Avropa Şurasına 1996-cı il fevralın 28-də qoşulmuşdu. Rusiyanın beynəlxalq təşkilatda fəaliyyətinin dayandırılması onun Ukraynaya hərbi hücumu ilə bağlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR