Bank Of Baku

CAR XİN başçısı: "Bu gün BMT-də islahatlar heç zaman olmadığı qədər vacibdir"

CAR XİN başçısı: "Bu gün BMT-də islahatlar heç zaman olmadığı qədər vacibdir"
# 26 oktyabr 2019 11:52 (UTC +04:00)

"Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycana tam dəstəyimizi göstərəcəyik".

APA-nın xəbərinə görə bu sözləri Cənubi Afrika Respublikasının (CAR) Xarici işlər və Əməkdaşlıq naziri, xanım Naledi Pandor Qoşulmama Hərəkatının (QH) Bakıda keçirilən XVIII Zirvə Toplantısında çıxışı zamanı deyib.

CAR-nın naziri xatırladıb ki, ölkəsi də bu quruma 1999-2002-də sədrlik edib.

“Bu beynəlxalq təşkilatın prinsipləri yalnız mədəni əməkdaşlığı əks etdirmir, həm də istiqamətləndirici rol oynayır və hərəkatın uğur qazanması üçün vacibdir. Hərəkat  birtərəfliliyi rədd edir və davamlı çoxtərəfli əməkdaşlığın tərəfdarıdır. Qoşulmama Hərəkatı çoxtərəfliliyin öndəri olaraq qalır və bu, cari qlobal çağırışlara effektiv qaydada cavab vermək üçün səmərəli yoldur”, - deyə nazir bildirib.

O əlavə edib ki, Qoşuımama Hərəkatı yoxsulluq və bərabərsizlikdən əziyyət çəkənlərin adından çıxış etməli, bu istiqamətdə hərəkətə keçməli və vahid mövqe nümayiş etdirməlidir: “Biz Hərəkat daxilində səylərimizi sülh, sabitlik və təhlükəsizliyin qorunmasına yönəltməli, yalnız bununla da kifayətlənməməli, həmrəyliyimizi gücləndirməliyik. Xalqlarımızın mənafeyi üçün çalışmalıyıq. CAR Fələstin, Qərbi Saxara probleminin ədalətli həllini dəstəkləyir, İrana və Venesuelaya qarşı birtərəfli hərəkətləri, Kubaya qarşı tətbiq olunan sanksiyaları qəbulolunmaz hesab edir. Biz terrora qarşı mübarizə aparmalı, onu yaradan səbəbləri aradan qaldırmalıyıq. İnkişafda olan ölkələr üçün yoxsulluq ən çətin problemdir, biz bu istiqamətdə işləməliyik”.

N. Pandor BMT-də islahatların vacibliyinə də toxunub: “Biz bu gün bütün dünyada rifaha nail olmaq istəyiriksə, BMT daxilində islahatlara nail olmalıyıq, bu gün bu islahatlar heç zaman olmadığı qədər vacibdir. CAR bu islahatların zəruriliyi il bağlı artıq bəyanat verib”.

Nazir qeyd edib ki, QH fəal şəkildə silahsızlaşdırma və silahlı münaqişələrin həllində fəal iştirak etməlidir.

“Sülhün bütün dünyada bərqərar olunması və beynəlxalq hüquqa əsaslanan dünya sisteminin möhkəmləndirilməsi üçün çalışmalıyıq”, - deyə nazir Pandor vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR