Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü ilə bağlı "Twitter"də paylaşım edib.
APA-nın xəbərinə görə, paylaşımda deyilir:
“Qardaşım Ceyhun Bayramovla əlaqələrimizi, Ukrayna və Qafqazdakı durumu müzakirə etdik.
Şuşa Bəyannaməsi Azərbaycanla təbii müttəfiqliyimizi pərçimlədi.
Qardaşlıq əlaqələrimizi hər sahədə atacağımız konkret addımlarla daha da irəliyə aparacağıq”.