Bank Of Baku

Çavuşoğlu: “Vətəndaşlarımız üçün humanitar dəhlizin açılmasına çalışırıq” 

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 05 mart 2022 15:05 (UTC +04:00)

“Biz bu gün Ukrayna və Rusiya arasında humanitar atəşkəslə bağlı əldə olunan razılaşmanı dəstəkləyirik ”.

APA-nın xəbərinə görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlu deyib ki, Sumi istiqamətində olan Türkiyə vətəndaşlarının təxliyəsi üçün danışıqlar aparılır: “Bu vətəndaşlarımız üçün Ukrayna, yaxud Rusiya istiqamətində humanitar dəhlizin açılmasına çalışırıq”.

Türkiyə XİN başçısı qeyd edib ki, 11 024 Türkiyə vətəndaşı Ukraynadan təxliyə edilib: “Bu gün Kiyevdən qatar nəzərdə tutulur. Sumidə humanitar koridorun açılmasına çalışırıq. Bu planlarımız reallaşarsa, 400 Türkiyə vətəndaşı təxliyə olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR