Bank Of Baku

Ceyhun Bayramov Britaniyanın dövlət naziri Stefan Dauti ilə görüşüb

Stefan Dauti, Ceyhun Bayramov

© APA | Stefan Dauti, Ceyhun Bayramov

# 04 dekabr 2025 14:26 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın Avropa və Şimali Amerika, həmçinin Britaniyanın Dənizaşırı Əraziləri üzrə dövlət naziri Stefan Dauti ilə görüşüb.

APA Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələri müzakirə olunub.

Tərəflər həmçinin, regional proseslər barədə fikir mübadiləsi aparıb və Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının inkişafı üçün mövcud imkanları dəyərləndiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR