"Ölkələrimiz arasında olan ticarət dövriyyəsi potensialı tam əks etdirmir”.
APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə birgə mətbuat konfransında deyib.
"Qarşılıqlı investisiyalar məbləğində daha yüksək rəqəmlərə şahid oluruq. Burada da balanslı yanaşmanın şahidiyik. Ölkəmizdə 150-dən artıq qeydiyyatdan keçmiş, fəaliyyətdə olan niderland şirkəti fəaliyyət göstərir. Bəzi şirkətlər bizim üçün strateji əhəmiyyət daşıyır. Biz bu potensialı çox böyük görürük", - Ceyhun Bayramov bildirib.