Bank Of Baku

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov türkiyəli həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib  - YENİLƏNİB
# 16 mart 2022 21:43 (UTC +04:00)

16 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsindən APA-ya verilən xəbərə görə, nazirlər bölgədəki cari vəziyyət, o cümlədən Ukrayna ətrafındakı məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

***

21.32

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Tərəflər görüş zamanı Ukraynadakı son hadisələr və təxliyə məsəslələrini müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR