“Fransada həbsdə olan fəal İvan Kolonnanın martın 2-də hücuma məruz qalmasından sonra Korsika adasında güclənən müstəqillik tələbləri artıq Makron hökumətini təhdid etməyə başlayıb”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
C. Osmanov deyib ki, İvan Kolonna 1998-ci ildə Fransa dövlətini adada təmsil edən qubernator Klod Erinyakın qətlinə görə ömürlük həbs cəzasına məhkum edilib: “Korsikadakı etirazlar Arles şəhərində həbsxanada müstəqillik tərəfdarı İvan Kolonnanın başqa bir məhbusun hücumuna məruz qalması ilə alovlanıb. Küçələrdə barrikadalar quran, zibil qablarını, bir sıra müəssisələri yandıran müstəqillik tərəfdarı olan gənclər Fransanın təhlükəsizlik qüvvələri ilə toqquşub. İki həftə davam edən gərginlikdən sonra Fransa Prezidenti Emmanuel Makron daxili işlər naziri Cerald Darmanini Korsikaya göndərib və nazir bura gəldikdən sonra Korsika adasının muxtariyyətini qəbul edə biləcəkləri mesajını verib. Hazırda Fransanın ərazisi sayılan Korsika adasının əhalisi dillərindən ikinci rəsmi dil kimi istifadə etmək hüququ tələb edirlər. Eyni zamanda yerli özünüidarəetmənin təşkili və idarəetmədə səlahiyyətlərin onlara məxsus olmasını istəyirlər. Ancaq Fransa hakimiyyəti öz hüquqlarını tələb edənlərə güc tətbiq edərək onları susdurmağa çalışır. Korsikalılar Emmanuel Makronu “arzuolunmaz şəxs” elan ediblər. Fransa Prezidenti ötən əsrin 70-ci illərindən bəri adi insan hüquqlarını tələb edən, bu məqsəd uğrunda dözülməz məşəqqətlərə məruz qalan korsikalılara heç bir hüquq tanımamaqda israrlı olduğu halda, nəyə görə Azərbaycanın ərazisində yaşayan separatçı ermənilərə dəstək verirdi? Beləliklə, Emmanuel Makronun mövqeyi Fransanın ərazi bütövlüyü olduqda fərqli, Azərbaycanın ərazi bütövlüyü olduqda isə tamamilə fərqli olur. Aydındır ki, məsələ hüquq məsələsi deyil, onun manipulyasiya edilməsi, ikili standart siyasətidir. O da nəzərə alınmalıdır ki, korsikalılar Qarabağda yaşayan ermənilərdən fərqli olaraq, adaya gəlmə deyillər, oranın yerli əhalisidirlər. Adaya gəlmələr isə fransızlardır.”.
Deputat vurğulayıb ki, dünyada beynəlxalq hüquq və universal dəyərlərlə bağlı vahid yanaşma olmalıdır: “Qarabağda bu gün də erməni terrorçuları silahdan istifadə edərək təxribatlar törədirlər. Ona görə də hər hansı məsələ ilə bağlı Fransa Prezidenti fikir bildirərkən heç olmasa bundan sonra iki dəfə fikirləşməlidir. Çünki beynəlxalq hüquq da, təsbit edilmiş ərazi bütövlüyü prinsipi də bütün dövlətlər üçün eyni prinsipdir. Yeri gəlmişkən, Vətən müharibəsi dövründə, 2020-ci ilin noyabrında Fransa Senatı hökuməti “DQR”-i tanımağa çağırmışdı. Bizim Milli Məclis də Azərbaycan hökumətini Korsikanı tanımağa çağıra bilər”.
Deputat: “Milli Məclis də Azərbaycan hökumətini Korsikanı tanımağa çağıra bilər”
© APA | Cavid Osmanov
Xarici siyasət
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
UN-Habitat-ın Azərbaycandakı ofisinin rəhbəri: Şərqi Zəngəzurda iki kəndin layihələndirilməsinə başlayacağıq - MÜSAHİBƏ
BMT rəsmisi: Şəffaflıq hesabatları bu ilin son günü təqdim ediləcək
Xəbər Lenti
Zərdabda ağır qəza nəticəsində 5 nəfər yanaraq ölüb - YENİLƏNİB
İsveçrə Ukrayna danışıqlarınun yeni raunduna ev sahibliyi etməyə hazırdır
UEFA Çempionlar Liqasında Liqa mərhələsinə start verilib
KİV: ABŞ-ın İran tankerlərini vurması İranın dünən ABŞ gəmilərini hədəf almasına cavab olub
ABŞ Xarq adası yaxınlığında İrana aid neft tankerini vurub
İran ABŞ-ı neft tankerlərinə hücumdan çəkindirib
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
Gəncə prospektində elektrik transformatoru yanıb
Ukrayna Avropa İttifaqının ayırdığı kredit hesabına “Patriot”-lar üçün təxminən 1000 raket alacaq
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb - YENİLƏNİB
İsrail Britaniyanın qanunsuz yəhudi yaşayış məntəqələrinə qarşı tətbiq etdiyi sanksiyalara cavab verəcək
Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub - VİDEO - YENİLƏNİB 3
SEPAH: ABŞ ordusuna məxsus sualtı aparat Hörmüz boğazında ələ keçirilib
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüblər
Elnur Məmmədov Bakıda ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
Suraxanıda 14 kq narkotik aşkarlanıb
Kreml: Putin və Tramp bir saat telefon danışığı aparıb
Minatəmizləmə fəaliyyətinə dair Tələblər təsdiqlənib
"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib
“AzerGold”un təşkilatçılığı ilə keçirilən 7-ci səyyar tibbi müayinə aksiyasına yekun vurulub - VİDEO
Məhkəmə "Qazaxlı Alik"in oğlu Fuad Muradov barəsində qərar verib
Xocalıda fəaliyyət göstərən müəssisələrə mediatur təşkil olunub - FOTO
Azad edilmiş ərazilərdə idxal güzəştlərinin tətbiq olunduğu iqtisadi fəaliyyət sahələrinin dairəsi genişləndirilib
Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib
"Expressbank" Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib
Azərbaycan ilə Əlcəzair arasında Birgə Komissiyanın ilk iclasına hazırlıq müzakirə edilib
Pensiyalar və müavinətlərin ödəniləcəyi tarix məlum olub
Turizm şirkətinin rəhbəri xaricdə iş vədi ilə dələduzluqda ittiham edilir, məhkəməsi başlayır
NATO Baş katibi Aİ-nin Ukrayna üçün “Patriot” sistemləri ilə bağlı qərarını alqışlayıb
BMT rəsmisi: COP31-ə gedən yolda əsas çağırış iqlim ambisiyalarını real icraya çevirməkdir
Lin O’Grady: Azərbaycanda şəhərsalma sahəsində maliyyələşdirmə əsasən mərkəzləşdirilmiş qaydada həyata keçirilir
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Bakıda ilk beynəlxalq etik haker konfransı keçiriləcək
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Anar Əsədli barəsində qərar verilib
PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - VİDEO
Dünya İqlim Fondunun baş icraçı direktoru: Transxəzər Yaşıl Enerji Dəhlizinə beynəlxalq səviyyədə güclü maraq var - MÜSAHİBƏ
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib - VİDEO
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
Ağdaşda fövqəladə hallarda risklərin idarə olunması ilə bağlı tədbir keçirilib
İrəvan Aİİ-yə Rusiyanın Ermənistan məhsullarının idxalına qoyduğu məhdudiyyətlərdən şikayət verib
Abşeronda motoxuliqanlıq edən 30 sürücü saxlanılıb - VİDEO
Məhkəmə Ekspertlərinin Reyestri istifadəyə verilib
Avropa Azərbaycan Məktəbi şəhid övladının təhsil haqqını öz üzərinə götürüb - FOTO
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub