Bank Of Baku

Dövlət Komitəsi Iğdırda iftar mərasimi təşkil edib - FOTO

Dövlət Komitəsi Iğdırda iftar mərasimi təşkil edib - FOTO
# 05 mart 2026 21:07 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Türkiyənin Iğdır vilayətində növbəti iftar mərasimi təşkil edib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, tədbirdə Iğdır valisi Mustafa Fırat Taşolar, Iğdır müftisi Zahit Demirel, Iğdır millət vəkili Cantürk Alagöz, Qaziantep millət vəkili Abdulhamit Gül, türkiyəli siyasətçi Sinan Oğan, din xadimləri və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, istənilən xarici müdaxilə zamanı Azərbaycan və Türkiyə bir-birinin yanında dayanır.

“Bu birliyimiz ‘iki dövlət, bir millət’ fəlsəfəsindən qaynaqlanır və dövlət başçılarımız tərəfindən daha da gücləndirilir”, – deyə o qeyd edib.

Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev isə müqəddəs Ramazan ayının Türkiyə və Azərbaycan xalqları üçün xeyirli və uğurlu olmasını arzulayıb.

Iğdır millət vəkili Cantürk Alagöz Ramazan ayında qardaş ölkə nümayəndələri ilə eyni süfrə arxasında olmaqdan qürur duyduğunu bildirib və vurğulayıb ki, Azərbaycan və Türkiyə birlik və həmrəylik baxımından nümunə göstərilən ölkələrdir.

Qaziantep millət vəkili Abdulhamit Gül də çıxışında Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətinə toxunub.

Çıxışlar zamanı İrandan Naxçıvana atılan dron hücumu da xatırladılıb, dünyada daha ədalətli beynəlxalq sistemə ehtiyac olduğu qeyd edilib və Azərbaycan-Türkiyə dostluğu və müttəfiqliyinin önəmi bir daha vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR