Paşha Bank
Bank Of Baku

Dövlət naziri: Azərbaycan və Britaniya strateji tərəfdaşlıq sənədinin mətni üzrə razılığa gəlib

Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar

© APA | Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar

# 06 oktyabr 2026 14:31 (UTC +04:00)

Azərbaycan və Böyük Britaniya strateji tərəfdaşlığa dair sənədin mətni üzrə razılığa gəlib.

“APA-Economics” xəbər verir ki, bunu Böyük Britaniyanın ticarət üzrə dövlət naziri Lord Anas Sarvar Bakıda keçirilən Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxışı zamanı bildirib.

“Ötən il Böyük Britaniya və Azərbaycan münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər. O vaxtdan bəri hökumətlərimiz bu razılaşmaya real məzmun qazandırmaq üçün intensiv çalışırlar. Məmnuniyyətlə bildirirəm ki, biz həmin tərəfdaşlıq sənədinin mətni üzrə razılığa gəlmişik”, – nazir deyib.

Lord Anas Sarvar bildirib ki, sənədin Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri tərəfindən imzalanması gözlənilir.

“Mən Baş nazirimizin və Prezidentinizin görüşərək bu tərəfdaşlıq sənədini imzalamasını səbirsizliklə gözləyirəm”, – o əlavə edib.

Britaniyalı nazirin sözlərinə görə, tərəflər sənədin imzalanmasını gözləmədən strateji tərəfdaşlıq üzrə işçi qrupunun yaradılması və konkret nəticələrin əldə olunması istiqamətində fəaliyyətə başlayacaqlar.

O, Azərbaycanla Böyük Britaniya arasında uzunmüddətli və dərin tərəfdaşlığın mövcud olduğunu, münasibətlərin iqtisadi və müdafiə təhlükəsizliyini də əhatə etdiyini bildirib.

“İndi biz birlikdə bu tərəfdaşlığın növbəti fəslini yazmalıyıq. Hesab edirik ki, münasibətlərimiz bundan sonra da daha da güclənə bilər”, – Lord Anas Sarvar vurğulayıb.

Nazir hökumətlərarası münasibətlərlə yanaşı, insanlar və bizneslər arasında əlaqələrin də gücləndirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, məqsəd yalnız sistemlər və razılaşmalarla kifayətlənməyərək onların praktiki icrasına keçməkdir.

Lord Anas Sarvar Azərbaycanı Böyük Britaniyanın strateji, iqtisadi və təhlükəsizlik gələcəyinin bir hissəsi kimi xarakterizə edib.

O, həmçinin bu səhər Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən məmnunluğunu ifadə edərək, iki ölkə arasındakı tərəfdaşlığın uzunmüddətli və dərin xarakter daşıdığını dövlət başçısına birbaşa çatdırdığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR