Bank Of Baku

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Misirin XİN rəhbəri ilə görüş keçirib

Elmar Məmmədyarov Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Misirin XİN rəhbəri ilə görüş keçirib
# 25 oktyabr 2019 21:44 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Misir Ərəb Respublikasının Xarici İşlər naziri Sameh Şükri ilə görüşüb.

APA xəbər verir ki, görüş zamanı Azərbaycan və Misir arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Sameh Şükri Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Nazir Elmar Məmmədyarov iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, xüsusilə enerji sahəsində əməkdaşlığı qeyd edib. Həmçinin turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri vurğulanıb.

Tərəflər iki ölkə arasında müqavilə-hüquq bazasının daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR