Bank Of Baku

Ərdoğan Azərbaycan və Ermənistan liderlərinin daimi sülhün əldə olunması yönündə səylərini təqdir edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 08 noyabr 2025 14:08 (UTC +04:00)

Biz daimi sülhün əldə olunması ilə bağlı son dərəcə ümidliyik.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

“Qardaşım İlham Əliyevin daimi sülhün təsisi üçün göstərdiyi səmimi səyləri təqdirlə qarşılayırıq. Ermənistan Baş naziri Nikol Paşinyanın da bu yolda atdığı cəsarətli addımları məmnunluqla izləyirik. İnşallah, bu möhtəşəm Zəfər hər iki liderin konstruktiv münasibəti ilə bölgədə sülh və əmin-amanlığı gücləndirəcək daimi razılaşma ilə nəticələnəcək. Türkiyə olaraq bu istiqamətdə üzərimizə nə düşürsə, yerinə yetirməyə davam edəcəyik”, - Ərdoğan vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR