Ərdoğan: Azərbaycanın nail olduğu irəliləyişlərlə daim fəxr edirik

Ərdoğan: Azərbaycanın nail olduğu irəliləyişlərlə daim fəxr edirik
# 25 may 2024 10:55 (UTC +04:00)

Türkiyə olaraq kədərdə də, sevincdə də bir olduğumuz qardaş Azərbaycanın 2023-cü ilin sentyabr ayında ərazi bütövlüyünü uğurla bərpa etməsindən sonrakı ilk Müstəqillik Günündə duyduğu haqlı qürur və sevincini ürəkdən bölüşürük.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə 28 May Müstəqillik günü münasibətilə ünvanladığı təbrikində bildirib.

“Azərbaycanın həm regionda, həm də yaxın coğrafiyada nail olduğu irəliləyişlərlə daim fəxr edir və yüksək səviyyəli strateji əlaqələrimizi "Bir millət, iki dövlət" ruhu ilə daha da gücləndirmək istiqamətindəki birgə iradədən böyük məmnunluq hissi keçiririk”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR