Bank Of Baku

Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub

Tural Vəliyev

© APA | Tural Vəliyev

# 12 noyabr 2025 16:36 (UTC +04:00)

Gürcüstanın Bolnisi rayonunun meri Zamur Çitanavaya üç müavin təyin olunub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Bolnisi bələdiyyəsinin Şəhər Şurasından bildirilib.

Məlumata əsasən, Aleksandre Zabaxidze merin birinci müavini, Valentina Naveriani və Tural Vəliyev isə müavinləri vəzifələrinə təyinat alıblar.

Vəliyev ixtisasca hüquqşünasdır, müxtəlif qurumlarda iş təcrübəsinə malikdir. O, 2021-2025-ci illərdə Dmanisi merinin köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Zamur Çitanava bu ilin oktyabrın 4-də keçirilmiş yerli seçkilərdə hakim “Gürcü Arzusu” partiyasının namizədi olaraq Bolnisi meri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR