Paşha Bank
Bank Of Baku

Gürcüstanda müharibədə itkin düşən 334 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Gürcüstanda müharibədə itkin düşən 334 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
# 07 oktyabr 2026 11:08 (UTC +04:00)

Gürcüstanda 334 itkin şəxsin kimliyi müəyyənləşdirilib.

APA xəbər verir ki, bunu Gürcüstanın Reinteqrasiya və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri, itkin düşmüş şəxslərin axtarılması və qalıqlarının təhvil verilməsi üzrə İdarələrarası Komissiyanın rəhbəri Tea Axvlediani İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

O bildirib ki, Gürcüstanın itkin düşmüş şəxslərlə bağlı humanitar problemlərin həllinə yönəlmiş fəaliyyəti 1990-cı illərin əvvəllərindən başlayıb.

Tea Axvledianinin sözlərinə görə, ailələrin təşəbbüsü və hökumətin dəstəyi ilə həyata keçirilən səylər nəticəsində həmin dövrdə 200 itkin şəxsin qalıqları ailələrinə təhvil verilib.

Dövlət naziri qeyd edib ki, bu fəaliyyət daha sonra İtkin Şəxslər üzrə Dövlət Proqramı çərçivəsində davam etdirilib. Proqram 1990-cı illərdəki silahlı münaqişələrin və 2008-ci ilin avqust müharibəsinin nəticələrinin aradan qaldırılması məqsədilə yaradılıb: “Proqram çərçivəsində daha 334 itkin şəxsin kimliyi müəyyənləşdirilib və onlar ailələrinə qaytarılıb. Bu, bütün tərəflərin koordinasiya mexanizmləri çərçivəsində konstruktiv iştirakı, humanitar prinsiplərə ciddi riayət olunması və Beynəlxalq Qızıl Xaç Komitəsinin qarşılıqlı vasitəçi kimi mühüm rolu sayəsində mümkün olub”.

O, həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinə toxunaraq iki ölkənin tarixən qarşılıqlı hörmət və dostluğa əsaslanan yaxşı qonşuluq əlaqələrinə malik olduğunu bildirib: “Bu münasibətlər bu gün strateji tərəfdaşlıqla daha da möhkəmlənib. Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün məsələlər və sahələr üzrə dinamik və çoxşaxəli əməkdaşlığı yüksək qiymətləndiririk. Bu mühüm humanitar istiqamətdə də əməkdaşlığı davam etdirməyə qətiyyətlə sadiqik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR