Bank Of Baku

Hakan Fidan: Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq

Türkiyə xarici işlər naziri Hakan Fidan

© APA | Türkiyə xarici işlər naziri Hakan Fidan

# 08 noyabr 2025 15:35 (UTC +04:00)

“Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm”.

APA xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın paylaşımda deyilir.

XİN rəhbəri Qarabağın azadlığa qovuşmasını təmin edən həmin tarixi mübarizənin qəhrəmanlarını ehtiramla anıb, Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətlə yad edib: “Qarabağ Azərbaycandır! Bu həqiqət həm xalqların yaddaşında, həm də bölgənin gələcəyində əbədi yaşayacaq.

Bu gün cənab Prezidentimizlə birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR