Bank Of Baku

Hikmət Babaoğlu: Fransa demokratik deyil, neokolonial ölkədir

Hikmət Babaoğlu: Fransa demokratik deyil, neokolonial ölkədir
# 17 may 2024 10:25 (UTC +04:00)

Fransa demokratik deyil, neokolonial ölkədir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat deyib ki, Fransanın Yeni Kaledoniyaya xüsusi təyinatlılar göndərməsi müasir müstəmləkəçiliyin ən eybəcər formasıdır: “Özünü bütün dünyaya demokratiya beşiyi, mədəniyyət simvolu kimi təqdim edən Fransa 21-ci əsrdə öz azadlığı uğrunda mübarizə aparan kanak xalqına qarşı assimmetrik güc tətbiq etməklə etiraf etmiş olur. Fransa demokratik deyil, neokolonial ölkədir. Fransa istibdadı onun dənizötəsi torpaqları adlandırdığı, əslində isə işğal etdiyi ərazilərdə get-gedə daha da kəskinləşir. 1998-ci ildə kanak xalqına seçmək və təmsilçilik hüququ verən Fransa indi bu məhdud hüququ da onların əlindən almağa çalışır. Demokratiyanı, insan hüquqlarını eybəcər formada manipulyasiya edərək, seçki qanunvericiliyini yerli xalqın iradəsinin əleyhinə olaraq dəyişdirir. Beləliklə, onsuz da Fransanın ekspansiya siyasəti sayəsində kanaklar öz ölkələrində azlıq vəziyyətinə salınıblar. Fransa indi adaya yerləşdirilən miqrantlara qeyri-qanuni səsvermə hüququ tanımaqla kanakların səslərini daha da azaltmaqla faktiki olaraq onların öz torpaqlarında hüquqlarını tamamilə məhdudlaşdırır. Ən pisi isə odur ki, bütün bunları demokratiya adı altında həyata keçirir. Paris kanakları öz torpaqlarında adaya köçürülən və Fransa yandaşları olan miqrantlara uduzduracaq qanunu seçki hüququnun genşləndirilməsi adı altında edir. Bu riyakarlığı qəbul etməyən kanaklara isə güc tətbiq edir”.

Hikmət Babaoğlu qeyd edib ki, hazırda Fransanın güc strukturları 10-dan çox günahsız Yeni kaledoniyalını öldürüb, yüzlərlə insanı həbs edib: “Kanakların iş yerlərini, təsərrüfat sahələri və əmlaklarını dağıdaraq ölkəyə 200 milyon evrodan çox ziyan vurub. Cəmisi 600 min sakini olan bir adanın iqtisadiyyatı üçün bu, dağıdıcı ziyandır. Ən pisi isə odur ki, Fransanın daxili işlər naziri Jerar Darmaninin “France-2” telekanalına müsahibəsində Azərbaycana qarşı iddialar səsləndirib. Bütün bunların günahkarı qismində xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərir. Beləliklə, özünün müstəmləkə siyasətini gizlətməyə çalışır. Əgər Azərbaycan beynəlxalq hüququ, öz azadlığını bərpa etməklə dünyada əzilən xalqların mübarizə simvoluna çevrilibsə, buna ilk növbədə demokratiya, beynəlxalq hüquq, insan hüquqları kimi dəyərləri başlıca prinsip elan edən dövlətlər sevinməlidir. Fransa isə bunun tamamilə əksini edir. Ona görə də Fransanın beynəlxalq hüquq, yaxud demokratiyadan danışmağa mənəvi haqqı yoxdur. Okeaniyada yaşadıqları isə onun neokalonial siyasətinin nəticəsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR