Bank Of Baku

Hikmət Hacıyev: Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə yönəlib

Hikmət Hacıyev: Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə yönəlib
# 31 oktyabr 2025 10:56 (UTC +04:00)

"Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir".

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib.

“Ziyarət ərzində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, eləcə də bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomat korpusla birlikdə azad olunmuş ərazilərə bizim 20-ci səfərimizdir”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR