Bank Of Baku

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan–Aİ tərəfdaşlığını müzakirə edib

Hikmət Hacıyev Maqdalena Qrono ilə Azərbaycan–Aİ tərəfdaşlığını müzakirə edib
# 16 noyabr 2026 23:20 (UTC +04:00)

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsində məlumat yayıb.

O bildirib ki, görüş zamanı Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı, əməkdaşlığın inkişaf edən gündəliyi, eləcə də əsas regional və beynəlxalq proseslər müzakirə olunub.

Tərəflər enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya əlaqələri, həmçinin regional sabitlik də daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Hikmət Hacıyev Maqdalena Qrono ilə görüşdən məmnunluğunu ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR