Bank Of Baku

İran səfiri: Azad olunmuş ərazilərdə quruculuq işləri qonşu ölkələr üçün də imkanlar yaradır

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu

© APA | İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu

# 31 oktyabr 2025 14:40 (UTC +04:00)

Azərbaycanın azad olunmuş torpaqlarında olmaq və aparılan quruculuq işləri ilə tanışlıq imkanımın yaranmasına görə çox şadam.

Bu barədə diplomatik korpusla Zəngilanda səfərdə olan İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu APA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə quruculuq və bərpa işləri çox sürətlə gedir: “Mən ötən ay da bu bölgədə olmuşam və indi müqayisə edəndə görürəm ki, yeni obyektlər inşa olunaraq istifadəyə verilib”.

Səfirin sözlərinə görə, azad olunmuş ərazilərdə aparılan bərpa işləri onu göstərir ki, regionda nə qədər sülh və əmin-amanlıq olsa, o qədər də iqtisadi sahədə inkişafa nail olunar və xalqların sərbəst yaşayışı üçün imkanlar yaranar.

“Təbii ki, bütün region, o cümlədən qonşu ölkələr də bundan bəhrələnə bilərlər. Ölkələr həm keçmiş əlaqələrini inkişaf etdirə, həm də yeni iş birliklərinə başlaya bilərlər. Azərbaycan xalqını həm torpaqların azad olunması, həm də quruculuq işləri münasibətilə təbrik edirəm”, - Dəmirçilu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR