Bank Of Baku

IRENA: Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında bazarları birləşdirən regional mərkəzə çevrilmək imkanına malikdir

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera

© APA | Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera

# 07 sentyabr 2026 11:06 (UTC +04:00)

"Azərbaycan və Mərkəzi Asiya ölkələri regional enerji interkonnektorları, yaşıl enerji dəhlizləri vasitəsilə böyük bərpa olunan enerji potensialından, strateji coğrafi mövqelərindən yararlanmaq üçün əlverişli mövqedədirlər”.

APA xəbər verir ki, bunu Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.

IRENA-nın baş direktoru bildirib ki, Azərbaycan yalnız özünün bərpa olunan enerji potensialını inkişaf etdirməklə kifayətlənməyib, Mərkəzi Asiya ilə Avropa arasında təmiz enerjini, infrastrukturu və bazarları birləşdirən regional mərkəzə çevrilmək imkanına da malikdir: “COP29 çərçivəsində Bakıda yaradılmış IRENA-nın Mərkəzi Asiya və Afrikada Bərpa Olunan Enerji üzrə Sürətləndirilmiş Tərəfdaşlığı bu ambisiyanı dəstəkləyir. Təşəbbüs investisiyaların, regional əlaqələndirmənin və dayanıqlı artımın təşviqinə yönəlib.

Hazırda tərəfdaşlığın üzvləri sırasında Azərbaycan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistan yer alır.
Bu tərəfdaşlıq çərçivəsində, bu ilin iyununda Bakı Enerji Həftəsi çərçivəsində IRENA Zimbabvedə investisiya forumuna ev sahibliyi etdi. Forumun davamı olaraq, üzv ölkələr üçün uyğunlaşdırma tədbirlərinin gələn ilin martında yenidən Bakıda keçirilməsi planlaşdırılır. Bu tədbirlər qlobal enerji layihələrini investorlarla daha sıx əlaqələndirmək və regional əməkdaşlığı gücləndirmək üçün imkan yaradacaq. Enerji keçidi və enerjinin coğrafiyasının yenidən formalaşması artıq ölkələrin yalnız torpaqlarının altında yerləşən qalıq yanacaq ehtiyatları ilə müəyyən edilmədiyini göstərir. Getdikcə daha çox əhəmiyyət kəsb edən amillər bərpa olunan enerji resurslarından istifadə etmək, infrastruktur qurmaq və bazarları birləşdirmək qabiliyyətidir.
Mərkəzi Asiya bu transformasiyanın mərkəzində qərarlaşmaq üçün böyük imkanlara malikdir. Bu, regionda enerji təhlükəsizliyinin gücləndirilməsi ilə yanaşı, investisiyalar, sənaye inkişafı və regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR