Azərbaycan və Moldova bir-birinin ərazi bütövlüyünü hər zaman dəstəkləyib.
Bunu APA-ya açıqlamasında Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlax deyib.
O əlavə edib ki, Azərbaycan və Moldova arasında on illər ərzində formalaşmış möhkəm münasibətlər var.
“Azərbaycan Respublikasının Moldovanın Qaqauz Yerində həyata keçirdiyi layihələr nəticəsində münasibətlərimiz daha da möhkəmləşib. Bizim üçün Azərbaycan və Azərbaycan Prezidentinin dəstəyi çox əhəmiyyətlidir”, - deyə o, bildirib.