Bank Of Baku

Kolumbiyanın yeni prezidenti Azərbaycandakı səfirliyi bağlamağı planlaşdırır

Kolumbiyanın prezidenti Abelardo de la Espriella

© APA | Kolumbiyanın prezidenti Abelardo de la Espriella

# 27 iyul 2026 10:48 (UTC +04:00)

Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Espriella dövlət xərclərinin azaldılması çərçivəsində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azı 15 səfirliyin, o cümlədən Azərbaycanın paytaxtı Bakıda yerləşən Kolumbiya səfirliyinin bağlanacağını açıqlayıb.

APA xəbər verir ki, de la Espriella televiziya ilə yayımlanan çıxışı zamanı bildirib ki, səfirliklərin bağlanması prosesi vəzifəsinin icrasına başladıqdan sonra həyata keçiriləcək.

Bağlanması nəzərdə tutulan diplomatik nümayəndəliklər Əlcəzair, Azərbaycan, Barbados, Kuba, Çexiya, Efiopiya, Qana, Haiti, Macarıstan, Malayziya, Nikaraqua, Rumıniya, Seneqal və Cənubi Afrikada yerləşir.

Prezident seçilmiş siyasətçi administrasiyasının Fələstində Kolumbiya səfirliyinin açılması prosesini də dayandıracağını bildirib.

Qeyd edək ki, Abelardo de la Espriella iyun ayında keçirilən prezident seçkilərində qalib gəlib.

Onun avqustun 7-də rəsmi olaraq and içərək vəzifəsinin icrasına başlaması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR