Kubada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib

Kubada Azərbaycanın Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib
# 25 may 2024 09:47 (UTC +04:00)

Kubanın paytaxtı Havana şəhərinin tarixi “Hotel Nacional” mehmanxanasında 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü ilə bağlı rəsmi qəbul keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə fəxri qonaq qismində Kuba hökumətinin üzvləri, ədliyyə naziri Oskar Silvera Martinez, xarici işlər nazirinin müavini Anayansi Komexo Rodriqez, habelə Kuba Xarici İşlər Nazirliyinin, Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin, dövlət qurumlarının, diplomatik korpusun, elmi-akademik dairələrin və KİV-in nümayəndələri iştirak edib.

Tədbir Azərbaycanın və Kubanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qəbulda çıxış edən ölkəmizin Kubadakı səfiri Ruslan Rzayev qonaqlara 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk Demokratik Respublikanın məhz Azərbaycanda qurulması və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi nailiyyətləri haqqında danışıb. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə üzləşdiyi çətinliklər barədə məlumat verən səfir, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq səviyyədə nüfuzunun artması və uğurlu xarici siyasətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd edib.

R.Rzayev 2023-cü ilin dekabr ayında Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edəcək ölkə seçildiyini, bunun Azərbaycanın qlobal miqyasda güclü diplomatiyasının əlaməti olduğunu və COP29 zamanı iqlim dəyişikliyi ilə bağlı çağırışlar üzrə vacib qərarların qəbul edilməsi üçün ölkəmizin bütün iştirakçı dövlətlərlə intensiv danışıqlar apardığını bildirib.

Səfir,həmçinin Azərbaycan-Kuba əlaqələrinə toxunaraq, son müddətdə ikitərəfli münasibətlərdə müşahidə olunan dinamikadan, həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən danışıb və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu vurğulayıb.

Qəbul zamanı Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları və COP29 barədə video-çarxlar nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR