Bank Of Baku

Kuleba: “Danışıqlar ağır keçdi, atəşkəslə bağlı razılıq əldə olunmadı"

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 10 mart 2022 13:59 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov təxliyə məsələsində öhdəlik götürmədi.

APA-nın müxbiri xəbər verir ki, bunu üçtərəfli görüşdən sonra Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O, görüşdə 24 saatlıq atəşkəs məsələsinin müzakirə olunduğunu vurğulayıb.

Danışıqların ağır keçdiyini qeyd edən XİN başçısının sözlərinə görə, atəşkəslə bağlı razılıq əldə olunmayıb.

Nazir Kuleba bu formatda danışıqların davam etdirilməsinin vacibliyinə də toxunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR