Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş başa çatıb.
APA-nın müxbiri xəbər verir ki, hər iki XİN başçısı ayrı-ayrılıqda mətbuat konfransı keçirir.
***
12:27
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasında görüş keçirilir.
APA-nın müxbiri xəbər verir ki, görüşdə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edir.
Bu, Rusiya və Ukrayna XİN rəhbərlərinin müharibədən sonra ilk təmasıdır.
***
11:29
Rusiya-Türkiyə-Ukrayna xarici işlər nazirlərinin görüşü yerli vaxtla saat 11:00-da (Bakı vaxtilə 12:00) başlayacaq.
APA-nın müxbiri xəbər verir ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba görüşdən dərhal sonra onlar üçün ayrılan salonda mətbuat konfransı keçirəcək.