Bank Of Baku

Leyla Abdullayeva Ermənistanı üçtərəfli bəyanatları icra etməyə çağırıb

Leyla Abdullayeva

© APA | Leyla Abdullayeva

# 23 mart 2022 13:51 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklər icra etməyə çağırıb.

APA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü növbəti əsassız iddiasına cavabında bildirib.

“Ermənistana tövsiyəmiz ondan ibarətdir ki, əsassız və hüquqa zidd iddialar irəli sürməkdənsə, üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını, o cümlədən bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını təmin etsin və beləliklə də regional sülh və əminamanlığa töhfə versin” - deyə XİN sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR