Lui Bono İrəvanda Mqer Qriqoryanla Azərbaycanla normallaşma prosesini müzakirə edib

Lui Bono, Mqer Qriqoryan

© APA | Lui Bono, Mqer Qriqoryan

# 23 may 2024 16:04 (UTC +04:00)

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono İrəvana səfər edib.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, səfər çərçivəsində o, Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanla görüşüb.

Danışıqlarda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və bu istiqamətdə ardıcıl fəaliyyətin təmin olunmasının vacibliyi müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR