Azərbaycanın Macarıstandakı səfirliyi Ukraynada baş verən son hadisələrlə əlaqədar olaraq həmin ölkədən Macarıstan ərazisinə keçmiş və yaxud keçəcək vətəndaşlarımız və onların ailə üzvlərinə müraciət edib.
Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən xəbərə görə, bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikasına tez bir zamanda dönüşü üçün səfirliyin təşəbbüsünə əsasən yerli “WizzAir” aviaşirkəti ilə danışıqlar nəticəsində həftədə 2 dəfə birbaşa olaraq Budapeşt-Bakı reysi həyata keçiriləcək.
“Gözlənilən ən yaxın uçuş 9 mart 2022-ci il tarixində baş tutacaq”, - qeyd olunub.