Bank Of Baku

Milli Məclisin deputatları Ukraynada prezident seçkilərini izləyəcək

Milli Məclisin deputatları Ukraynada prezident seçkilərini izləyəcək
# 27 mart 2019 13:15 (UTC +04:00)


Milli Məclisin deputatları Naqif Həmzəyev Azər Kərimli  və Rüfət Quliyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün  Kiyev şəhərinə səfərə gedəcək. Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılacaq. 

Bu barədə ONA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, deputat Azər Kərimli GUAM Parlament Assambleyası nümayəndə heyətinin tərkibində, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev isə  Milli Məclisin xətti ilə prosesi müşahidə edəcəklər.

Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, seçkinin gedişini və seçicilərin fəallığını izləyəcəklər . 

Səfər aprelin 2-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR