Mayın 5-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, S. Qafarova bildirib ki, Azərbaycan və Gürcüstan qonşu və dost ölkələrdir, bu dostluq çoxəsirlik tarixə malikdir.
Spiker qeyd edib ki, Azərbaycanda çoxlu sayda gürcülər, Gürcüstanda isə azərbaycanlılar yaşayır, onlar cəmiyyətlərimizin ayrılmaz hissəsidir və ölkələrimiz arasında bir körpü rolu oynayırlar: “Bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri hökm sürür. Azərbaycan və Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Bu ölkə Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri buna parlaq misaldır”.
S. Qafarova nəzərə çatdırıb ki, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərir, nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurlu əməkdaşlıq edirlər.
Görüşdə Milli Məclisin Sədri Azərbaycanın apardığı 44 günlük Vətən müharibəsi zamanı ölkəmizə göstərdiyi dəstəyə görə öz adından və Milli Məclisin deputatları adından Gürcüstan hökumətinə minnətdarlığını ifadə edib: “Dağlıq Qarabağ münaqişəsi” artıq tarixə qovuşub. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu münaqişəni özü həll edib. Bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini həyata keçirib. Artıq ölkəmiz azad edilmiş əraziləri bərpa edir, yenidən qurur. Lakin Ermənistan yenə də öz təcavüzkar siyasətindən əl çəkmir. Minalanmış ərazilərin xəritələrini təqdim etmir. Bu isə çoxlu sayda hərbçilərin və mülki şəxslərin həlak olmasına səbəb olur. Bununla Ermənistan bərpa işlərinə və məcburi köçkünlərin geri qayıtması prosesinə mane olmağa çalışır. Ermənistanın bu davranışı bölgənin inkişafı üçün böyük təhlükədir”.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlardan məmnun qaldığını, Azərbaycanı özünə doğma ölkə hesab etdiyini bildirib: “Gürcüstan Azərbaycanın dostudur və gələcəkdə də dost olaraq qalacaq. Gürcüstan Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətindədir. Parlamentlər səviyyəsində münasibətlərimizin daha da inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu baxımdan deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri çox əhəmiyyətlidir”.
Qəbulda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli, Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Arzu Nağıyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin səfirləri Faiq Quliyev, Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Sədri Gürcüstanın Baş naziri ilə görüşüb
© APA | Sahibə Qafarova, Gürcüstanın Baş naziri ilə görüş
Xarici siyasət
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır
Xəbər Lenti
"S&P" ABB-nin nəzarətinə keçməsi ilə “Davr-Bank”ın kredit reytinqini artırıb
Şərurda ot tayası yanıb, 9 baş heyvan tələf olub - FOTO
Hikmət Hacıyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Bu günün valyuta məzənnələri
Diplomatik korpusun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb - FOTO
Rusiya ordusu gecə Kiyevə hücum edib, 8 nəfər yaralanıb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
“Bitcoin”in qiyməti 77 min dollardan aşağı düşüb
Əmtəə bazarlarında qızılın qiyməti 4400 dollardan aşağı düşüb
Qlobal fond bazarlarında eniş davam edib
Nyu-York birjasında təbii qaz cüzi ucuzlaşıb
Bakı və Abşeronun bəzi ərazilərində elektrik enerjisi olmayacaq
“Brent” markalı neftin qiyməti 108 dolları ötüb
“Anthropic”in süni intellekt modeli nəzarətdən çıxıb internetə sızaraq üçüncü tərəfin sistemini sındırıb
Vens amerikalıları bir qrup "dəli demokrat"a səs verməməyə çağırıb
Tramp İranla müharibənin Konqres seçkilərinədək başa çata biləcəyini istisna etməyib
Tramp: İran Demokratların qələbəsi ümidi ilə münaqişəni uzadır
Kanada və Ukrayna 100 illik tərəfdaşlıq haqqında deklarasiya imzalayıb
Oman sahilləri yaxınlığında iki gəmiyə hücum edilib
Livan və İsrail arasında danışıqlar gələn həftə Romada keçiriləcək
Vaşinqton Ər-Riyadla kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib
“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB
Çempionlar Liqası: “Sabah” “Mançester Yunayted”ə böyük hesabla məğlub olub
Pezeşkian BRİCS sammitində iştirak etmək üçün Dehliyə gedəcək
Aziz Yıldırım: İsmail Kartal işinin başındadır
İran XİN rəhbəri Pakistan ordusunun komandanı ilə telefonla danışıb
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
Hacıqabulda ağır qəza, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
ABŞ İrana qarşı sanksiya siyahısına 14 fiziki şəxs və 5 şirkəti əlavə edib
Əlcəzair BƏƏ təyyarələri üçün hava məkanını bağlayacaq
Karni: Kanada və Ukrayna HHM raketlərinin tədarükünü razılaşdırıb
ABŞ Argentinaya “Black Hawk” helikopterlərinin satışını təsdiqləyib
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
CENTCOM: İranın blokadası zamanı 96 ticarət gəmisinin marşrutu dəyişdirilib
İran ABŞ ordusuna aid pilotsuz sualtı qayığı vurub - VİDEO
Tramp: İranın İordaniyadakı bazaya endirdiyi zərbələr nəticəsində ABŞ təyyarələrinə zərər dəyməyib
Ömər Çelik: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazırdır
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib: 3 nəfər ölüb, azı 34 yaralı var
"Botafoqo" Hakim Ziyeşi transfer edib
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
Şəmkirdə istixanada yanğın olub - VİDEO
Sentyabrın 6-da keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb
CICA konfransının iştirakçıları Bakı Limanının fəaliyyəti ilə tanış olublar - FOTO
AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verib
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində növbəti panel müzakirə keçirilib - FOTO
Səfir: Meksika ilə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq edəcək - MÜSAHİBƏ
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirib - FOTO
Zurab Pataradze: Acarıstan üçün Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır