Bank Of Baku

Mqer Qriqoryan Şahin Mustafayevlə son görüşü zamanı "Tramp marşrutu"nu müzakirə edib

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənsitan Baş nazirinin müavini Mqer Qriqoryan

© APA | Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Ermənsitan Baş nazirinin müavini Mqer Qriqoryan

# 12 noyabr 2025 17:51 (UTC +04:00)

Həmkarımla (Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev-red.) təmaslarım, müntəzəm işgüzar əlaqələrim var.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin müavini Mqer Qriqoryan parlamentdə sual-cavab sessiyası zamanı bildirib.

O, Şahin Mustafayevlə son görüşü zamanı Azərbaycan ərazisinə səfər etdiyini xatırladıb.

“Lakin bu, əsasən TRİPP, mümkün demarkasiya fraqmentlərinə və prosesin özünə aid olub”, - Qriqoryan vurğulayıb.

Qeyd edək ki, sentyabrın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazisinə qarşılıqlı səfərləri baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR