Bank Of Baku

Nazir: “Azərbaycan və Venesuela beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvləridir”

Nazir: “Azərbaycan və Venesuela beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvləridir”
# 11 mart 2022 23:46 (UTC +04:00)

Venesuela və Azərbaycan arasında əlaqələr yalnız enerji sektoru üçün deyil, biznes üçün də böyük önəm daşıyır.

Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Feliks Plasensiya Qonsales deyib.

O bildirib ki, iki ölkə arasındakı əlaqələr Qoşulmama Hərəkatı çərçivəsində də beynəlxalq ictimaiyyətin xeyrinə müsbət nəticələr verir.

"Biz hər ikimiz enerji istehsalı hablarıyıq. Azərbaycanın vacib neft-qaz rezervləri var. Venesuala da həmçinin geniş qaz ehtiyatlarına, həmçinin planetin ən böyük neft rezervlərinə malikdir. Bizim əlaqələrimiz sadəcə enerji baxımından deyil, biznes üçün də önəmlidir. Biz beynəlxlaq ictimaiyyətin məsuliyyətli üzvləriyik”, - o qeyd edib.

Nazir Qoşulmama Hərəkatında sədrlik məhz Bakıda Venesuela tərəfindən Azərbaycana təhvil verilmişdi.

“Bizim prezidentlərimiz yaxşı dostlardır, onlar bir çox dəfə görüşüblər. Biz sizin hökumətiniz və ölkəniz üçün ən yaxşısını arzu edirik. Bir neçə həftə öncə Dohada qaz forumunda sizin enerji nazirinizlə ikitərəfli görüşüm oldu, biz fikir mübadiləsi apardıq. Məsuliyyətli üzvlər olaraq beynəlxalq ictimaiyyət üçün birgə fəaliyyət göstəririk",- deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR