Bank Of Baku

Nazir: “BMT ilə münasibətlərə həsr olunmuş tədbirin Şuşada keçirilməsi rəmzi məna daşıyır”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 18 mart 2022 12:34 (UTC +04:00)

“Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edirik”.

APA xəbər verir ki, bunu Şuşada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Artıq bir neçə müddətdir ki, Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər Bakıda keçirilməkdədir. Bu gün isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində çox önəmli bir konfransın keçirilməsi xüsusi rəmzi məna daşıyır. Azərbaycan BMT tərəfindən elən edilmiş "Dayanıqlı İnkişaf Məqsədləri 2030"-a böyük önəm verir. Və "Dayanıqlı İnkişaf Məqsədləri" tamamilə müxtəlif sahələrdə bütün dünya üzrə prioritetləri müəyyən edir. Azərbaycan dövləti həmin o istiqamətdə inkişaf etmək, dünyanın aparıcı dövlətlərinin standartlarına dair hədəfləri müəyyən etmək üçün böyük və sistemli işlər həyata keçirir”, - nazir vurğulayıb.

XİN başçısı qeyd edib ki, müxtəlif panellərdən ibarət olan bu konfrans çox önəmli mövzuların müzakirəsi üçün platforma olacaq: “Burada aparılan müzakirələrdən çıxarılan nəticələr Azərbaycan və BMT, həmçinin BMT-nin müxtəlif agentlikləri ilə münasibətlərin daha da irəli aparılması üçün faydalı olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR