Bank Of Baku

Nazir: “Dövlət başçıları sayəsində Azərbaycan-Türkiyə birliyi ən yüksək səviyyədədir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 05 mart 2022 14:31 (UTC +04:00)

“Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri hər zaman sıx olub. Dövlət başçılarının sayəsində bu birlik hazırda ən yüksək səviyyədədir”.

APA-nın xəbərinə görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, 44 günlük savaşı Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü oldu: “Türkiyənin dəstəyi bizə əlavə güc verdi, ruhlandırdı. Müharibə başa çatdıqdan dərhal sonra razılaşmaların icra edilməsində, eyni zamanda, Birgə Monitorinq Mərkəzində Türkiyə iştirak etdi. Türkiyə şirkətləri bərpa-quruculuq işlərində də iştirak edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR