Bank Of Baku

Nazir müavini: Azərbaycan itkinlərlə bağlı təşəbbüs və layihələri dəstəkləyib, proses bundan sonra da davam edəcək

Xarici işlər nazirinin müavini Elnur Məmmədov

© APA | Xarici işlər nazirinin müavini Elnur Məmmədov

# 30 iyun 2026 11:02 (UTC +04:00)

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq ictimaiyyətin fəal iştirakına ümid edirik.

APA xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

O, Azərbaycanın itkin düşmüş şəxslərin tapılması ilə bağlı dəstəklədiyi təşəbbüsləri sadalayıb və bu iş üzrə beynəlxalq prosesə töhfə verdiyini bildirib.

Elnur Məmmədov Azərbaycanın 2020-ci ilin noyabrından bəri heç bir qisas hissi güdmədən 2000-dən artıq Ermənistan hərbçisinin qalıqlarını qarşı tərəfə təhvil verdiyini də əlavə edib.

“2025-ci ilin 8 avqust tarixində paraflanmış razılaşmada da, Azərbaycanın təşəbbüsü ilə 9-cu maddə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə həsr edilib”,- Elnur Məmmədov vurğulayıb.

Nazir müavini Azərbaycanın BMT, İƏT və digər təşkilatlar çərçivəsində itkin düşmüş şəxslərin tapılması ilə bağlı təşəbbüs və layihələri dəstəklədiyini, bundan sonra da dəstəkləyəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR