Ermənistanla Azərbaycan arasında münaqişənin başa çatması təkcə Azərbaycan üçün deyil, həm də region üçün yeni iqtisadi imkanlar yaradır.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, bu baxımdan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması yaxın illərdə Azərbaycanın inkişaf prioritetlərinin əsas istiqamətlərindən biri olacaqdır.
Nazirin sözlərinə görə, azad edilmiş ərazilərin bərpasına 2021-ci ilin dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb.