Bank Of Baku

Nazir: "Prezident İlham Əliyev Ərdoğanla enerji məsələlərini də müzakirə edib”

Nazir: "Prezident İlham Əliyev Ərdoğanla enerji məsələlərini də müzakirə edib”
# 12 mart 2022 16:08 (UTC +04:00)

“Prezident İlham Əliyevin Ankaraya səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə enerji məsələləri də müzakirə edilib”.

APA xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, enerji əməkdaşlığı bu görüşdə xüsusi yer alıb: “Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının bundan sonra da aktiv şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub. Ona görə biz də bu istiqamətdə işləyəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR